Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı 1 530-a çatır

Rəsmi

06 Aprel 2021 23:58 953


Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçiləri ilə bağlı bugünkü axtarışları nəticəsiz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, bu gün bəzi ərazilərdə aparılan axtarışlar zamanı heç bir erməni hərbçinin meyiti tapılmayıb. Bununla belə, Ermənistan mətbuatı noyabrın 13-dən bu günə kimi ikinci Qarabağ müharibəsində əvvəllər itkin düşdüyü hesab edilən 1 529 hərbçinin meyitinin tapıldığını xəbər verib. pizza sifarişi

Qeyd edilir ki, axtarışlar sabah Cəbrayıl rayonunda davam etdiriləcək.

Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bu səbəbdən axtarışlarda itkin hərbçilərin yaxınları da iştirak edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!