Ermənistanın sabiq Baş Qərargah rəisinin barəsində cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın sabiq Baş Qərargah rəisinin barəsində cinayət işi başlandı

Rəsmi

03 May 2021 18:31 768


Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi general-polkovnik Movses Akopyana ittiham irəli sürülüb və barəsində cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, M. Akopyan bu barədə məlumatı “Sputnik Armenia”nın əməkdaşına təsdiqləyib.

Milli Təhlükəsizlik Xidməti (MTX) onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb. pizza

General MTX-da dindirildiyini də vurğulayıb. Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Xatırladaq ki, M. Akopyan ötən ilin noyabr ayında keçirdiyi böyük mətbuat konfransında bir sıra səs-küylü açıqlamalar verib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!