Hazırda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın mənzilində axtarış aparılır.
Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.
Erməni nəşri qeyd edir: pizza
"Mənbə Tonoyanın saxlanılacağını bildirir. Paralel olaraq keçmiş hərbi aviasiya rəisi Avetik Muradyanın, Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılır.
Stepan Qalstyan da Milli Təhlükəsizlik Xidmətinə (MTX) dəvət edilib.
Növbə Yuri Xaçaturov və Seyran Ohanyanındır.
Göründüyü kimi, bu hərəkətlər silah tədarükü ilə bağlı razılaşmalarla əlaqədar olaraq MTX tərəfindən başladılan cinayət işi çərçivəsində həyata keçirilir.
Bir az əvvəl Tonoyanın saxlanıldığı barədə məlumat aldıq və tezliklə ibtidai istintaq orqanı Tonoyanın həbsi üçün məhkəməyə müraciət edəcək".
"Hraparak" xatırladadır ki, MTX sentyabrın 25 -də Ermənistan silahlı qüvvələrinin keçmiş aviasiya rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rəsmi saxtakarlıq etməkdə şübhəli bilinərək saxlanıldığını bildirmişdi.
Məlumata görə, hələ 2011-ci ildə Ermənistana 1985-1991-ci illərdə istehsal olunan keyfiyyətsiz raketlər gətirən silah və sursat tədarük edilib.
Müdafiə Nazirliyi rəsmiləri bu barədə məlumatlı olub.
Telegram kanalımız