Ermənistanın sərhədləri dəyişəcək, Zəngəzurun bir hissəsi... - ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın sərhədləri dəyişəcək, Zəngəzurun bir hissəsi... - ŞOK İDDİA

Siyasət

10 Fevral 2025 09:34 2964


“Minimum diplomatik imkanlara malik hökumətimiz olmasa, Sünikin (Zəngəzur) bir hissəsi Azərbaycana veriləcək”.

Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib.

Oskanyan bildirib ki, hakimiyyətin səriştəsizliyinə görə Ermənistanın zəifliyinin daha da dərinləşməsi təhlükəsi yaranıb. Sezar pizza

Onun fikrincə, minimal diplomatik imkanlar olmasa, Ermənistan əlavə ərazilər itirəcək.

“Ermənistan demarkasiya prosesində yeni əraziləri Azərbaycana qaytaracaq. Ümumiyyətlə Ermənistanın sərhədləri dəyişəcək, Sünikin (Zəngəzur) bir hissəsi Azərbaycana veriləcək. Bununla yanaşı, konstitusiya dəyişdiriləcək, 300 minə yaxın azərbaycanlı da Ermənistana gələcək”, - o iddia edib.

Oskanyan qeyd edib ki, Ermənistan ağır məğlubiyyətə uğrayıb və hakimiyyətin siyasəti nəticəsində etibarlı müttəfiqi yoxdur. Onun sözlərinə görə, heç bir ölkə Ermənistanı ciddi qəbul etmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!