Ermənistanın “silah baronu” saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın “silah baronu” saxlanıldı

Dünya

01 Fevral 2021 13:49 713


Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Patron Davo” ləqəbli iş adamı David Qalstyanı saxlayıb.

Yenisabah.az xəbər verir ki, məlumatı qurumun Mətbuat xidməti yayıb.

Bildirilib ki, o, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb. Dominos pizza

İnformasiyaya əsasən, “silah baronu” sayılan David Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub. (Report)

Qeyd edək ki, bir müddət əvvəl MTX David Qalstyan barəsində cinayət işi başladığına dair məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!