“Nikolun həmkarları açıq şəkildə bildirirlər ki, o, Ermənistanın xarici siyasət vektorunu Qərbə, əslində isə Türkiyəyə dəyişir”.
Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri müxalif Respublikaçılar partiyasının üzvü, sabiq deputat Eduard Şarmazanov deyib.
O əlavə edib ki, son günlər Baş nazirin parlamentdəki tərəfdarı anti-Rusiya bəyanatları verirlər: Marqarita pizza
“Nikol hələ də susur, amma anti-Rusiya ölkəsinə səfər edir. Mən demişəm və yenə də deyirəm ki, Ermənistan müttəfiqi Rusiya ilə siyasi, təhlükəsizlik və iqtisadi əlaqələrini gücləndirməlidir. Bunun əksi isə Türkiyədir.
Qısası, NATO intriqalarında iştirak etmək kifayətdir ki, bununla da Ermənistanı birbaşa Türkiyənin təsiri altına düşür.
Bunun baş verməməsi üçün Nikol hakimiyyətdən uzaqlaşdırılmalıdır”.
Telegram kanalımız