“Ermənistanın təcavüzkar ritorikası və təxribatların artan intensivliyi fonunda...”    - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistanın təcavüzkar ritorikası və təxribatların artan intensivliyi fonunda...”  - Nazir

Siyasət

25 Avqust 2020 17:27 945


“Xüsusilə erməni təcavüzkarının Azərbaycanın dövlət sərhədinin Tovuz hissəsində hərbi təcavüzünün intensivləşməsi fonunda Ermənistana hərbi təchizat tədarükü ilə bağlı yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb oldu”

Yenisabah.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

“Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə son telefon danışığı zamanı strateji tərəfdaşlıq, etibarlı dialoq və qarşılıqlı hörmət ruhunda qaldırılıb. Ermənistan rəhbərliyinə təcavüzkar ritorikası və silahlı təxribatların artan intensivliyi fonunda silah tədarükü gərginliyin artması riskini yaradır və münaqişənin dinc yolla nizamlanması prosesinə xələl gətirir və ümumiyyətlə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır”, - nazir vurğulayıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!