Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanıldı 

Maraqlı

12 Aprel 2023 11:58 758


Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Bu barədə Yenisabah.az-a Hərbi Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.  Dominos pizza

"Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - məlumatda qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!