“Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır”.
Yenisabah.az bildirir ki, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub: pizza sifarişi
“BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün ATƏT Daimi Şurasının iclası keçirilir:
“İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”.
Telegram kanalımız