Ermənistanın təxribatları İsveçrə vətəndaşlarına çatdırılıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın təxribatları İsveçrə vətəndaşlarına çatdırılıb

Hadisə

06 Noyabr 2020 10:31 784


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ bölgəsinin gələcəyini bir sülh sahəsi olaraq görürük. İnvestisiyalar və inkişaf təcrübəmizlə bu bölgəni dünyanın ən çiçəklənən bölgələrindən birinə çevirə bilərik və dinc yanaşı yaşaya bilərik. Ancaq bunun üçün müharibənin nəticələri ortadan qaldırılmalıdır". 

Yenisabah.az xəbər verir ki, bunu İsveçrənin nüfuzlu “Tages Anzeiger” dərgisinə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova söyləyib.

O, Ermənistanın Azərbaycana qarşı təcavüzü və qızıl yataqlarının qanunsuz istismarına dair faktları geniş auditoriyaya çatdırıb. İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlərin və şəxslərin aşkarlandığını bildirən səfir Xanım, məhz İsveçrədə məskunlaşan, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin erməni əsilli rəhbəri Vartan Sirmakes tərəfindən qızıl yataqlarının qanunsuz istismar edildiyi faktlarının üzə çıxdığını bildirib. Sezar pizza

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yayılmış bəyanat səfir tərəfindən qeyd olunaraq, işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə bütün sahələr üzrə qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb ediləcəklərini bildirib.

Səfir, Gəncə və Bərdə şəhərləri daxil olmaqla cəhbə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı hərbi cinayətlərin törədildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirib. Məhz Cenevrə Konvensiyasına və digər beynəlxalq humanitar hüquqa əsasən, mülki insanların və şəhərlərin vurulmasının beynəlxalq əhəmiyyətli cinayət olduğunu bildirən səfir Xanım İbrahimova, Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Bərdə, Goranboy və Tərtər bölgələrinə dəfələrlə ağır artilleriya hücumları ilə mülki infrastrukturun ciddi şəkildə zədələndiyini vurğulayıb.

Müsahibədə baş verən son hadisələrin başlanğıcının əsas səbəbkarı kimi Ermənistan göstərilib. Qeyd olunub ki, Ermənistan hökuməti həm təxribat xarakterli bəyanatlar səsləndirir, həm də atəşkəs rejimini hər gün pozur. Məhz bu səbəblə, hal-hazırda Azərbaycanın öz ərazi bütövlüyünü döyüş meydanında böyük əzmlə bərpa etdiyini qeyd edən səfir, Prezident İlham Əliyevin “Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına yerinə yetiririk” sözlərini bir daha İsveçrə siyasi xadimlərinin diqqətinə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!