Ermənistanın Türkiyə mallarının idxalına qoyduğu qadağa uzadılmadı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın Türkiyə mallarının idxalına qoyduğu qadağa uzadılmadı

Rəsmi

30 Dekabr 2021 19:41 596


Ermənistan hökuməti 2022-ci il yanvarın 1-dən etibarən türk mallarının ölkəyə idxalına qoyulan qadağanın uzadılmaması barədə qərar qəbul edib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müzakirələr nəticəsində Türkiyə mallarının idxalına qoyulan embarqonun müddətinin uzadılmaması qərara alınıb. Gözlənilir ki, bu qadağanın götürülməsi qarşılıqlı şəkildə Ermənistan məhsullarının Türkiyəyə ixracına daha əlverişli şərait yaradacaq”, - məlumatda deyilir. pizza sifarişi

Qeyd edək ki, sözügedən qadağa 2020-ci il dekabrın sonunda tətbiq edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!