Ermənistanın yeni müdafiə naziriylə bağlı şok fakt:   Adam bıçaqlayıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanın yeni müdafiə naziriylə bağlı şok fakt: Adam bıçaqlayıb

Rəsmi

15 Noyabr 2021 18:08 1083


Ermənistan mətbuatı yeni müdafiə naziri Suren Papikyanla bağlı ictimaiyyətin, tanınmış simaların, keçmiş hərbçilərin reaksiyasını dərc edir.

Yenisabah.az-ın məlumatına görə, erməni siyasi ekspertlər qeyd edirlər ki, S.Papikyan Paşinyanın ətrafında olan və onun bütün göstərişlərinə “lazımsız suallar” vermədən əməl edən məmurlardan biri olacaq.

Bu təyinatadək baş nazirin müavini kimi yüksək post tutmuş Suren Papikyanla bağlı digər maraqlı fakt onun vaxtilə adam bıçaqlaması ilə bağlıdır. Toyuqlu pizza

“Onun həqiqi hərbi xidməti bir çox vətəndaşların xidməti kimi rahat keçməyib. Papikyan hərbi xidmət zamanı bir nəfəri bıçaqlayıb, buna görə həbs cəzasına məhkum edilib və bu faktı rəsmi tərcümeyi-halından gizlədib”,-deyə “Hraparak” qəzeti yazıb.

"Hraparak"ın məlumatında Papikyanın orduda xidmət etdiyi dövrdə öz komandirini bıçaqladığı bildirilib:

"Bu səbəbdən də onun barəsində cinayət işi açılıb. Hələ 2006-cı il martın 27-də törətdiyi əmələ görə təqsirli bilinən Suren Papikyan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını “Nubaraşen” koloniyasında çəkib. Buna baxmayaraq, Papikyan 2007-ci il fevralın 23-ü amnistiya ilə azadlığa buraxılıb".

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan Suren Papikyanın təyinatına müsbət münasibət bildirib:

“Düzünü desəm, onu bu hakimiyyətdə yeganə adekvat insan kimi görürəm. Müdafiə Nazirliyi hərbi struktur deyil, təşkilati strukturdur və mən bu hökumətdə yeganə adamı görürəm ki, bu 3 il ərzində özünü adekvat insan kimi göstərib”. (Modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!