“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi məsuliyyətə cəlb olunmalıdır”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki bunu Ermənistan parlamentinin müstəqil deputatı Taquhi Tovmasyan jurnalistlərə verdiyi müsahibəsində bildirib.
“Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan ölkənin ərazi bütövlüyünün pozulmasına, Azərbaycan qüvvələrinin ərazimizə daxil olmasına görə məsuliyyətə cəlb olunmalıdır”. pizza sifarişi
Deputatın sözlərinə görə, Davtyan işini lazımınca yerinə yetirmir.
“Müdafiə Nazirliyi və Baş Qərargah sərhədlərimizi qorumalıdır. Bunun üçün hansı maneələrin olduğunu, hansı gizli, qeyri-mümkün vəziyyətlərin meydana gəldiyini, kimdən kömək istədiyimizi anlamaq lazımdır. Özünüzü müdafiə etmək istəmirsinizsə, harada müraciət etməyinizdən asılı olmayaraq sizi müdafiə etmək üçün heç kim gəlməyəcək: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və ya başqa bir yerə...”.
Tovmasyan qeyd edib ki, Ermənistan hakimiyyəti həmişə olduğu kimi, KTMT daxil olmaqla, günahı başqalarının üzərinə atır. “Azərbaycanlılar üçün qapılarımızı açdıq. Təmas xətti təchiz edilməyib, azərbaycanlılar da bütün bunları gördülər. Bu səhvlər düzəldilməlidir. Çətin vəziyyətdəyik. Belə çıxır ki, biz öz ərazimizdə əsir düşmüşük”.
Telegram kanalımız