Ermənistanla Rusiya arasında silah tenderi ilə bağlı böyük qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla Rusiya arasında silah tenderi ilə bağlı böyük qalmaqal

Rəsmi

26 Avqust 2019 11:15 1798


Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiya şirkəti arasında  tender qalmaqalı yaşanır. 

“Yeni Sabah” Ria-Novostiyə istinadən məlumat verir ki, Ermənistanda Rusiya şirkətinin də qatıldığı silah tədarükü üzrə tenderin ləğvi ilə bağlı cinayət başlanıb. 

Bu ilin may ayında Ermənistanın Müdafiə Nazirliyi ilk dəfə olaraq bir neçə milyon dollar məbləğində hərbi texnikanın tədarükü üçün tender elan edib. Yalnız Rusiyanın “Promtexnologiya” şirkətinin  “ORSİS” brendi tenderin şərtlərinə cavab verib.  pizza hut

Lakin az sonra heç bir səbəb göstərilmədən tender ləğv olunub. Şirkət  Apellyasiya Komissiyasına müraciət edib. Həmçinin, şirkətin Ermənistanda maraqlarını təmsil edən vəkil Müdafiə Nazirliyinə qarşı iddia qaldırıb. Olay barədə Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə də məlumat verilib.

Müdafiə Nazirliyi cinayət işinin başlanması barədə xəbəri təsdiqləyib. Əlavə məlumatın isə istintaqın sonunda veriləcəyi bildirilib.

“ORSİS” “Promtexnologiya”nın istehsal etdiyi silahların, sadəcə bir qrupudur. “Promtexnologiya” bir  neçə il ərzində İrəvana silah, güllələr və optik avadanlıqlar göndərib. Şirkətdən bildiriblər ki, indi onlar qara siyahıdadırlar.

İşin təfərrüatlarına gəlincə, şirkətin nümayəndəsi bildirib ki, Müdafiə Nazirliyinə tələb olunan bütün sənədlər verilib. Lakin qurum bəzi sertifaktların verilmədiyini iddia edir. Həmçinin nazirlik bank zəmanəti ilə bir neçə yüz min dollarlıq ödəniş də tələb edib. Şirkətin nümayəndəsi isə bildirir ki, qanunla bu, yalnız şirkət tenderi qazanıb müqaviləni imzalamaqdan imtina etdikdə mümkündür. 

"Biz Apellyasiya Komissiyasına müraciət etdik. Tenderlər birbaşa əlaqəsi olmayan sənədlər əlavə olundu. Lakin sonda bildirildi ki, bir neçə sənəd yoxdur. Halbuki biz onları təqdim etmişdik”, - deyə şirkətin nümayəndəsi bildirib. 

Onun fikrincə, mövcud vəziyyət Ermənistanda patron zavodu inşası layihəsinin pozulmasına təhlükə yaradır. Zavodun Rusiyanın sərmayələri hesabına yaradılacağı güman edilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!