Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatır

Rəsmi

20 Sentyabr 2021 11:06 895


“Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ilin birinci yarısında 16% artaraq 1,9 milyard dollar təşkil edib”. 

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini mqer Qriqoryan bildirib.

"İdxalın artımı 9%, ixracın 36% olub. Eyni zamanda, ixracatın əsas hissəsini qiymətli və qiymətli olmayan metallar, daşlar və onlardan hazırlanan məhsullar, maşınqayırma məhsulları, kənd təsərrüfatı, yüngül sənaye, kimya məhsulları və qida məhsulları təşkil edirdi. İxrac həcmlərinin, ilk növbədə, qeyri-xammalın artırılması üçün açıq perspektivlər var", – deyə Qriqoryn qeyd edib. Toyuqlu pizza

Mqer Qriqoryan Ermənistanla Rusiya arasında ticarət -iqtisadi əməkdaşlığın, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün sayəsində sürət qazandığını vurğulayıb.

Qriqoryan bildirib: "Mövcud çətin vəziyyətdə Aİİ ölkələri ilə ticarət və iqtisadi əməkdaşlıq bizim üçün iqtisadi canlanmanın əsas təminatlarından biri olaraq qalır və ölkəmizin iqtisadi artımına və xarici ticarət potensialına təsir edən əhəmiyyətli müsbət amilə çevrilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!