“Uzun müddətdir ki, Ermənistan və “Artsax”ın xarici işlər nazirləri Ararat Mirzoyan və David Babayan arasında heç bir əlaqə yoxdur. Onlar ötən ilin sentyabrından görüşmürlər”.
Yenisabah.az xəbər verir ki, bunu bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşrinin iddiasına görə, hər iki tərəf arasında uçurum dərinləşir: “İki Ermənistan "respublikası"nın xarici işlər nazirləri arasında əməkdaşlığın niyə yüksək səviyyədə saxlanmaması ilə bağlı David Babayana sual verdik. O dedi: “Xarici işlər nazirliklərimiz arasında əlaqələr güclüdür. Kimin rəhbərlik etməsindən asılı olmayaraq, strukturlar arasında əlaqə həmişə güclü olmalıdır”. Marqarita pizza
"Ararat Mirzoyanla axırıncı dəfə nə vaxt görmüsüz" sualına o belə cavab verib: “Mən indi görüşdəyəm”.
Bununla da o, bir növ, Mirzoyanla neçə aylardır görüşmədiyi barədə yayılan xəbərləri təsdiqləyib.
Telegram kanalımız