“Ermənistan rəhbərliyinin vicdanı varsa,  Azərbaycandan üzr istəməlidir”   - Ərdoğanın müşaviri

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan rəhbərliyinin vicdanı varsa,  Azərbaycandan üzr istəməlidir” - Ərdoğanın müşaviri

Siyasət

12 Oktyabr 2020 11:25 882


Türkiyənin paytaxtı Ankarada Qars-Ərdəhan-İğdır Cəmiyyətləri Federasiyasının təşkil etdiyi Azərbaycana dəstək məqsədilə Qarabağ mitinqi keçirilib.

Yenisabah.az-ın məlumatına görə, mitinqdə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu iştirak edib.

Y.Topçu bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də atəşkəsi nəzərə alaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal geri çəkməlidir: Sezar pizza

“Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması bütün dünyanın xeyrinə olacaq. Əgər Ermənistan rəhbərliyinin vicdanı varsa, indiyə qədər həyata keçirdiyi bütün hərbi cinayətlərə və hüquq pozuntularına görə Azərbaycana təzminat ödəyib, Azərbaycandan və BMT-dən üzr istəməlidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!