Erməniyə uduzan boksçumuz günahı hakimdə görür

saytların hazırlanması

Evə çatdırılma

Erməniyə uduzan boksçumuz günahı hakimdə görür

İdman

31 İyul 2021 15:55 1187


Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Toki-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışıb.

Yenisabah.az xəbər verir ki, 29 yaşlı idmançı əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib:

"Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu. Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir". Toyuqlu pizza

Qeyd edək ki, Cavid Çələbiyev Ovanes Baçkova 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!