Ərzaqdan suya qədər: Qiymət artımı qaçılmazdır…

saytların hazırlanması

Evə çatdırılma

Ərzaqdan suya qədər: Qiymət artımı qaçılmazdır…

İqtisadiyyat

31 Dekabr 2025 09:57 7389


“Növbəti ildə də təxminən bu ilki səviyyədə inflyasiya gözlənilir. Mərkəzi Bankın proqnozuna görə, 2026-cı ildə də 2025-ci il kimi inflyasiya 5,7% səviyyəsində olacaq. Hazırda da inflyasiya 5,7%-dir. Yəni Mərkəzi Bank bu göstəricini gözlənilən və məqbul hesab edir. Bu isə orta qiymət səviyyəsinin təxminən bu qədər artacağı anlamına gəlir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O, bildirib ki, qiymətlər bazar prinsipləri ilə formalaşır:

“Xüsusilə ərzaq məhsulları bu baxımdan daha həssasdır. Hər hansı mülahizə yürütməzdən əvvəl, ərzaq məhsullarını idxal etdiyimiz tərəfdaş ölkələrdəki inflyasiya səviyyəsinə baxmaq lazımdır. Məsələn, 2025-ci ildə ölkəyə gətirilən məhsullar üzrə idxal qiymətləri indeksində 25% artım qeydə alınıb. Yəni idxal məhsulları 25% bahalaşıb. Bu da inflyasiyanın əsas səbəblərindən birinin idxal amili olduğunu göstərir. pizza hut

Məhz buna görə də dəqiq demək mümkün deyil ki, hansı məhsullar bahalaşacaq. Amma ümumilikdə məhsullar üzrə bahalaşma gözlənilir”.

X.Kərimli onu da qeyd edib ki, bundan əlavə, Tarif Şurasının qərarları da əvvəlcədən ictimaiyyətə elan edilmir:

“Lakin ehtimal etmək olar ki, diferensiallaşma adı altında su qiymətlərində də artım baş verə bilər.

Nəticə etibarilə, qeyd etdiyim kimi, həm ərzaq məhsullarında, həm ödənişli xidmətlərin qiymətlərində, həm də qeyri-ərzaq məhsullarında bahalaşma prosesinin gələn dövrdə də davam edəcəyi gözlənilir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fariz
    Paşa firmasının istehsalları idarə edir hər sahəni. Neçə faiz istəsələr yazarlar, nə çətin işdiki
    4 months ago
  • Vüqar
    Axırda xalqa torpaq yedirdəcəklər.Bütün günü irəliləyişdən,nəaliyyətdən danışılır,əhali normal qidanın ətin,yağın və digər məhsulların üzünə həsrət qalıb.
    4 months ago
  • Vüqar
    Axırda xalqa torpaq yedirdəcəklər.Bütün günü irəliləyişdən,nəaliyyətdən danışılır,əhali normal qidanın ətin,yağın və digər məhsulların üzünə həsrət qalıb.
    4 months ago