“Əsas diqqətimiz Azərbaycanla oyundadır“   - Rubin Diaş

saytların hazırlanması

Evə çatdırılma

“Əsas diqqətimiz Azərbaycanla oyundadır“ - Rubin Diaş

İdman

23 Mart 2021 17:35 855


Portuqaliya millisinin futbolçusu Ruben Diaş Azərbaycan yığması ilə keçirəcəkləri matç haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, 24 yaşlı müdafiəçi oyundam əvvəl təşkil edilən mətbuat konfransında verdiyi açıqlamada deyib:

"İddialarımız böyükdür. Əsas diqqətimiz Azərbaycanla oyundadır. Dünya çempionatına yolu mərhələ-mərhələ keçməliyik. Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq". pizza mizza

Qeyd edək ki, sabah Turin şəhərində keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!