“Saakaşvilinin harada olmasından asılı olmayaraq, seçkilərdə İvanişvili rejimini məğlub etmək vəzifəmiz dəyişmir”.
Yenisabah.az “Azadlıq Radiosu”nun Gürcü Xidmətinə istinadla xəbər verir ki, bu sözləri müxalif “Avropa Gürcüstanı” partiyasının sədri Qiqa Bokeriya bildirib.
Onun sözlərinə görə, sabah, oktyabrın 2-də seçicilər növbəti onilliklərdə səsləri ilə ölkənin taleyini həll etmək imkanı əldə edəcəklər. pizza mizza
Bokeriyanın fikrincə, Mixeil Saakaşvilinin harada olmasının heç bir əhəmiyyəti yoxdur:
“Ümumiyyətlə müxalifətə, xüsusən də Mixeil Saakaşviliyə münasibətindən asılı olmayaraq, hər kəsə müraciət etmək istəyirəm. Müxtəlif mövqelər var, çünki müxalifət müxtəlifdir və normal olaraq seçicilərimiz də fərqlidir. İvanişvili rejiminin komik cəhətləri də daxil olmaqla, bu hadisələr haqqında nə düşünürsünüzsə, sabah ölkəmizin sonrakı illərdəki taleyini öz səsinizlə həll etmək imkanınız var. İvanişvili rejimində tez-tez rastlaşdığımız və bu gün də gördüyümüz rüsvayçı müzakirə hekayəsini gündəmdən çıxarın. Bu çağırışımızdır. Daha əvvəl hansı mövqedə idimsə, bu gün də eyni mövqedəyəm”, – deyə Qiqa Bokeriya əlavə edib.
Xatırladaq ki, Mixeil Saakaşvili bu gün səhər radələrində öz “Facebook” hesabında 8 ildən sonra yenidən Gürcüstanda olduğu ilə bağlı status ayzıb. Gürcüstan məhkəməsi tərəfindən qiyabi mühakimə olunan Gürcüstanın üçüncü prezidentinin dəqiq harada olması ilə bağlı məlumat bilinmir.
Gürcüstan DİN onun Gürcüstanda olması ilə bağlı məlumatı təkzib edib.
Telegram kanalımız