Əsəd haqqında yeni iddia: Yanukoviçlə qonşudur, pula ehtiyacı yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Əsəd haqqında yeni iddia: Yanukoviçlə qonşudur, pula ehtiyacı yoxdur

Dünya

15 Dekabr 2025 16:01 270


Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rublyovkada, ehtimal ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə qonşu olan elit yaşayış kompleksində yaşayır.

"Yeni Sabah" The Guardian-a istinadla xəbər verir ki, bunu Britaniya nəşrinin mənbəsi bildirib.

Onun sözlərinə görə, Əsəd tibb sahəsinə qayıtmaq istəyir. pizza sifarişi

Onunla əlaqə saxlayan keçmiş Suriya liderinin ailə dostu deyib: “O, rus dilini öyrənir və oftalmologiya üzrə biliklərini yenidən genişləndirir”.

Mənbə bildirib ki, Bəşər Əsədin pula ehtiyacı yoxdur və o, hazırda tibblə məşğuldur, çünki oftalmologiya onun “çoxdankı ehtirası”dır. O, çox sakit həyat sürür və xarici aləmlə az əlaqə saxlayır.

"Əsədin ailəsi bir vaxtlar ünsiyyətdə olduğu elit Suriya və Rusiya dairələri ilə əlaqəsini itirib. O, yalnız sarayında olmuş bir-iki adamla təmas qurur".

Suriyanın keçmiş prezidentinin xanımı isə idmanla məşğul olur, alış-verişə vaxt ayırır, gözəllik salonlarına baş çəkir.

Mənbənin sözlərinə görə, uşaqlar hələ də "şokdadırlar" və tədricən birinci ailə statusu olmadan həyata uyğunlaşırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!