“Əsəd rejimi beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı” - Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Əsəd rejimi beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı” - Hacıyev

Siyasət

12 Dekabr 2024 11:32 432


Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq: “Eyni zamanda, ona da ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək”. pizza mizza

Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını xatırladıb:

“Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!