“Əsəd rejiminin devrilməsində əsas səbəb odur”

saytların hazırlanması

Evə çatdırılma

“Əsəd rejiminin devrilməsində əsas səbəb odur”

Siyasət

08 Dekabr 2024 15:32 1171


"Suriyada yeni mərhələ başlayır. Əsəd rejiminin devrilməsi hələ bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlmir".

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun fikrincə, Əsəd rejiminin devrilməsində əsas rolu “Heyət Tahrir eş-Şam” (HTŞ) oynayıb: pizza mizza

"Ancaq Suriyada fərqli silahlı qruplar var, PKK-ya bağlı olanlar fürsətdən istifadə edib nəzarət etdikləri əraziləri genişləndirməyə çalışacaqlar. Belə olan halda HTŞ ölkənin bütövlüyü naminə PKK ilə savaşa girişəcəkmi? Hələ ki, iki qrup arasında razılaşmanın olduğu görüntüsü var. HTŞ paytaxta doğru irəlilədikdə digər silahlı güclər də fərqli istiqamətlərdə müxtəlif əraziləri nəzarətə götürüblər. Suriyada müxtəlif dinlərin və məzhəblərin ortaq məxrəcə gələrək hamının dəstəklədiyi hakimiyyət formalaşdırması bu ölkə üçün ən ideal variantdır. Ancaq təəssüf ki, biz hər zaman Yaxın Şərqdə fərqli örnəklərin şahidi olmuşuq. Suriya üçün ən pisi odur ki, bu ölkədə müxtəlif dövlətlərin maraqları kəsişir. Böyük oyunçular Suriyada pay sahibi olmağa çalışacaqlar".

Elxan Şahinoğlu həmçinin qeyd edib ki, Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!