Əsgər anası terrorçu Araik Arutunyanı   ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Əsgər anası terrorçu Araik Arutunyanı ifşa etdi

Hadisə

01 Yanvar 2021 17:49 1414


Dekabrın 31-i ermənilər Qarabağda ölən hərbçiləri yad etmək üçün kilsələrə toplaşaraq ayin icra etmişdi.

Yenisabah.az xəbər verir ki, Xankəndidə keçirilən ayinə terrorçu Araik Arutunyan da qatılıb. O, əlində erməni hərbçinin portreti ilə anım tədbirinə qatılıb. Onun əməli portretdə öz oğlunu tanıyan əsgər anası tərəfindən ifşa olunub.

“Araik Arutunyan mənim rəfiqəməin oğlu Qevorq Movsesyanın portretini tutub. Qevorqun adı heç bir siyahıda – nə ölənlərin arasında, nə itkin düşənlərin sırasında, nə də ki, əsirlərin siyahısında var. Qevorq səfərbərliyə çağırıldığı ilk gün sakitcə hərbi komissarlığa gedib amma siyahılarda adı yoxdur. Ailəsi hətta itkin düşənlərin ailələrinin aldığı yardımı belə ala bilmir. Yaxınları onu Qarabağ və Ermənistanın fərqli yerlərində axtarırlar. Oğlan yoxdur, adı yoxdur amma porterini götürüb sakitcə kilsəyə guya anım tədbirinə getmək var”- deyə Anuş Trvants adlı erməni əsgər anası qəzəblə yazıb. Toyuqlu pizza

O, Arutunyanı ikiüzlülükdə ittiham edib.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!