“Əsgər salamı”na görə UEFA-ya şikayət olundu

saytların hazırlanması

Evə çatdırılma

“Əsgər salamı”na görə UEFA-ya şikayət olundu

İdman

05 Dekabr 2024 16:50 837


Türkiyə Futbol Federasiyası (TFF) "Makkabi"nin (Tel-Əviv) futbolçusu Qabriel Kaniçovskidən UEFA-ya şikayət edib.

Yenisabah.az xəbər verir ki, israilli futbolçu ötən həftə Avropa Liqasının 5-ci turunun "Beşiktaş"a qarşı keçirilən oyununda qol vurub və bundan sonra "əsgər salamı" verib.

TFF hesab edir ki, Qabriel Kaniçovskinin bu addımı siyasi məna daşıyır, düşüncəsiz hərəkətdir və açıq mesaj vermək məqsədi güdüb. Bu səbəbdən federasiya UEFA-nın Etik və İntizam Komitəsindən adıçəkən futbolçuya və klubuna qarşı intizam işi açılmasını xahiş edib. pizza mizza

Xatıtladaq ki, "Beşiktaş"la matçda "Makkabi" 3:1 hesabı ilə qələbə qazanıb. Əvvəlcədən İstanbulda keçirilməsi nəzərdə tutulan qarşılaşma sonradan təhlükəsizlik səbəbindən neytral meydanda - Macarıstanda oynanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!