Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil oldular

saytların hazırlanması

Evə çatdırılma

Əsgər valideynləri Ermənistanda nazirlik binasına daxil oldular

Hadisə

16 Dekabr 2020 13:46 685


Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin (MN) binasına daxil olublar.

Yenisabah.az xəbər verir ki, MN-in binasının qarşısına toplaşan itkin düşmüş hərbçilərin valideynləri onlara övladları barədə məlumat verilməsini tələb ediblər.

İtkin düşmüş hərbçilərin valideynləri MN-in binasına buraxılmayıb, habelə Nazirliyin rəsmi şəxslərindən heç kim hərbçilərin yaxınlarının qarşısına çıxmayıb. Belə olan halda isə qarışıqlıq yaranıb və itkin düşmüş hərbçilərdən birinin yaxını hasardan keçərək Müdafiə Nazirliyinə daxil olub. Marqarita pizza

Daha sonra isə digər şəxslər nəzarət-buraxılış məntəqəsindən Nazirliyə buraxılıblar. (APA)

Qeyd edək ki, artıq uzun müddətdir Qarabağda itkin düşmüş hərbçilərin yaxınları Ermənistan MN-in binası qarşısına toplaşaraq etiraz edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!