Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Kriminal

21 Yanvar 2021 11:46 3364


Rusiyada əsgər yoldaşlarını güllələməkdə təqsirli bilinən hərbçi Ramil Şamsutdinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Yenisabah.az xəbər verir ki, Çitanın İkinci Şərq Dairəsi hərbi Məhkəməsinin qərarı ilə 8 nəfərin qətlində təqsirləndirilən R. Şamsutdinov cəzasını ciddi rejimli müəssisədə çəkməklə 24 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. (APA)

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 25-də Şamsutdinov hərbi xidmət zamanı qarovul növbəsini təhvil verərkən odlu silahdan atəş açıb. Nəticədə 8 nəfər ölüb, iki nəfər yaralanıb. İstintaqa ifadəsində o, törətdiyi addımı hərbi hissədə “dedovşina” və güc tətbiqi ilə izah edib. Marqarita pizza

Dövlət ittihamçısı R. Şamsutdinovun 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!