Əsgərə getməmək üçün görün nə etdi: 81 yaşlı qadınla... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Əsgərə getməmək üçün görün nə etdi: 81 yaşlı qadınla... - Fotolar

Dünya

28 Sentyabr 2019 10:11 1305


Ukraynada 24 yaşlı gəncin əsgərə getməmək üçün tapdığı çarə hamını təəccübləndirib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Aleksandr Kondratyuk əsgərlikdən xilas olmaq üçün 81 yaşlı əlil əmisi qızı ilə evlənib.

Ukrayna qanunlarına görə əlil həyat yoldaşına baxmaq məcburiyyətində olan şəxslər əsgərlikdən azad edilir. Dominos pizza

Bu qanundan yararlanmaq istəyən Aleksandrın evləndiyi qadınla arasında 57 yaş fərq olması vəziyyəti şübhəli hala gətirib. Jurnalistlər qadına baş çəkərək məsələnin mahiyyətini öyrənməyə çalışıblar. Qadın isə Aleksandrın çox yaxşı bir ər olduğunu deyib. Lakin qonşular onu qadının evində heç görmədiklərini bildiriblər.

Hüququşünaslardan bəziləri rəsmi olaraq nikahda olduğu müddətcə Aleksandrı əsgərliyə aparmağın düzgün olmayacağını deyirlər. Bəzi mütəxəssislər isə məsələ ilə bağlı iş qaldırılmasını və məhkəmədə qonşuların şahid qismində dinlənilməsini doğru hesab edirlər.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!