Əsgərimizin Laçında şəhid olması ilə bağlı cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Əsgərimizin Laçında şəhid olması ilə bağlı cinayət işi başlanıldı

Maraqlı

03 Avqust 2022 12:22 925


Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) madddəsi ilə cinayət işi başlanıb. Toyuqlu pizza

Hazırda istintaq davam edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir! Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!