DTX Gömrük Komitəsinin vəzifəli şəxslərinin həbsinin səbəblərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, saxlanılan şəxslər arasında Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən general-mayor Rəsulov Məsum Eynalı oğlu da var. Bu haqda günün əvvəlindən qeyri-rəsmi məlumatlar yayılmışdı.
M. Rəsulovun ittiham olunduğu məsələ isə adamı heyrətə salır. Məlum olur ki, Vətən Müharibəsi zamanı döyüşdə olan hərbiçilər üçün nəzərdə tutulmuş siqaretlər general tərəfindən mənimsənilib. Pepperoni pizza
DTX-nın məlumatında deyilir: “Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”.
Əsgərin siqaretini mənimsəyən generalın hərəkəti sosial şəbəkələrdə hiddətlə qarşılanıb.
Telegram kanalımız