Əsgərlərimiz Şuşaya üç tərəfdən daxil olub:   Bu ən cəsarətli əməliyyat idi

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərimiz Şuşaya üç tərəfdən daxil olub: Bu ən cəsarətli əməliyyat idi

Hadisə

09 Noyabr 2020 10:15 10394


Şuşa üzərində tam nəzarət noyabrın 7-i  axşam saatlarında  qurulub. Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Turan-a vəziyyətlə tanış olan hərbi mənbə məlumat verib.

Onun sözlərinə görə, küçə döyüşləri dərhal başlayıb və artıq günün ikinci yarısında düşmənin müqaviməti qırılıb. Bundan sonra binaların və düşmənin gizləndiyi mümkün yerlərin təmizlənməsi aparılıb. Axşam saatlarında son müqavimət nöqtələri yatırdılıb  və səhərə qədər şəhərdə aktiv döyüşlərın olmadığı bildirilir. Dominos pizza

8-ci səhərdən etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əldə etdikləri müvəffəqiyyətə əsaslanaraq Şuşanın xaricində bir neçə istiqamətdə hücumlarını davam etdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!