Əsgərlikdə olan qohumuna narkotik apardı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlikdə olan qohumuna narkotik apardı - Azərbaycanda

Maraqlı

17 Aprel 2023 16:51 783


Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində görüş zamanı əsgərə narkotik vasitə verən şəxs saxlanılıb. 

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb. 

İlkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.  pizza sifarişi

Fakt üzrə araşdırma tədbiri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!