Əsir düşənlərlə bağlı gərginlik: xalq üsyana qalxdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Əsir düşənlərlə bağlı gərginlik: xalq üsyana qalxdı - Video

Hadisə

16 Dekabr 2020 13:41 6592


Ermənistanın Şirak vilayətinin əhalisi Gümrü-Barva yolunu bağlayıb. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları İrəvanın əsas magistral yolunu da bağlamaq niyyətindədir.

Onların əsas tələbi Şirak vilayətinin Xorom, Lancik və Azatan kəndinin əsir düşən hərbçi sakinlərinin geri qaytarılmasını tələb edirlər. Sezar pizza

Şirak sakini Karapet Poqosyan deyib ki, bu vilayətdən 150 nəfər əsir düşüb. “Onlar 4 gün mühasirədə qalıb, yaddan çıxıblar, indi əsirdilər. Xorom və Lancik kəndinin sakinləri yolları bağlamağa hazırlaşırlar”, - deyə Poqosyan bildirib.

Onun sözlərinə görə, Azatan kəndinin rəhbəri məsələ ilə bağlı İrəvana getməlidir.

Erməni mediası yazır ki, Şirak vilayətindən əsir düşənlər könüllülər olublar.

Ehtimal olunur ki, onlar diversiya əməliyyatları keçirmək üçün Qarabağda gizləniblər. Lakin Azərbaycan Ordusu onların yerini müəyyən edərək mühasirəyə alıb. Könüllülərin təslim olmaqdan başqa yolu qalmayıb.

Aksiya iştirakçıları isə bu məsələyə görə Ermənistan hakimiyyətini ittiham edir. Onların fikrincə, hakimiyyət könüllülərə heç bir yardım etməyib.

Bundan əvvəl isə itkin düşən erməni hərbçilərinin yaxınları Ermənistan silahlı qüvvələrinin Baş qərragah rəisinin müavini Andranik Markaryanı hərbçiləri qoyub döyüş meydanından qaçmaqda ittiham etmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!