Əskiparada bayraq dirəyi qaldırıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Əskiparada bayraq dirəyi qaldırıldı - Foto

Rəsmi

06 Sentyabr 2021 07:27 4850


“Bu bayraq dirəyi Qazaxın işğal altında olan Əskipara kəndində qoyulub. Erməni mənbələr dirəyin Azərbaycan bayrağının asılması üçün hazırlandığını yazır”.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, ehtiyatda olan erməni polkovnik-leytenant Razmik Qriqoryan deyir ki, fotonu ona dostu göndərib: 

“Bayraq dirəyinin məqsədini kənddə yaşayanlardan soruşub. Bildiriblər ki, dirək bir neçə gün öncə qoyulub. Proses Tavuşa çatdı, dirəkdə Azərbaycan bayrağı dalğalanacaq”. Toyuqlu pizza

Qeyd edək ki, Rusiya hərbçiləri də Əskipara kəndinə yerləşdirilib. Onların gəlişinin Qazaxın 7 kəndi istiqamətində sərhədin delimitasiyası prosesi və o istiqamətdən keçəcək kommunikasiya marşrutu ilə bağlı olduğu ehtimalı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!