Estoniya ordusunda çağırışçılara yeni tələb irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

Estoniya ordusunda çağırışçılara yeni tələb irəli sürüldü

Dünya

28 Noyabr 2025 00:14 684


Estoniyada 2026-cı ildən etibarən müddətli həqiqi hərbi xidmətə yalnız eston dilini bilən gənclər çağırılacaqlar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat "Ohtuleht" nəşrinə istinadən verilib.

Söhbət B1 səviyyəsindəki dil biliklərindən gedir. Bu səviyyədə şəxs sadə komandaları başa düşür və təlim almağa qadirdir. Orduda hesab edirlər ki, bu tələb dil baryeri səbəbindən çağırışçıların ən sadə əmrləri belə anlamaması problemini aradan qaldıracaq. pizza sifarişi

Əgər çağırışçı eston dilini B1 səviyyəsində bilmirsə, o, ehtiyata daxil edilməyəcək, lakin 27 yaşadək çağırışçı statusunda qalacaq. Bu müddət ərzində zəruri dil bacarıqlarını əldə edərsə, hərbi xidmətə çağırılacaq, əks halda 28 yaşına çatdıqda ehtiyata keçiriləcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!