Estoniya Rusiya ilə sərhədə ordu yığır

saytların hazırlanması

Evə çatdırılma

Estoniya Rusiya ilə sərhədə ordu yığır

Dünya

02 May 2025 19:11 345


Estoniya Rusiya sərhədləri yaxınlığında qoşun toplayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ilə sərhəddə yerləşən şimal-şərq və cənub-şərq bölgələrində ilin ən böyük beynəlxalq təlimləri keçiriləcək. Toyuqlu pizza

“Bazar ertəsi, mayın 5-də Estoniya və müttəfiq qüvvələrin bölmələri mayın 23-dək davam edəcək “Siil 2025” birgə beynəlxalq təliminə toplanacaq. Təlimlərin əsas məqsədi Estoniya və regionun müdafiə planları çərçivəsində əsas tapşırıqların yerinə yetirilməsini məşq etmək, həmçinin Estoniya Müdafiə Qüvvələrinin, yarımhərbi könüllü təşkilat Kaitseliit-in və müttəfiq bölmələrin döyüş hazırlığını yoxlamaqdır”, – deyə məlumatda bildirilir.

Siil 2025-in əsas mərhələləri Estoniyanın şimal-şərq və cənub-şərqində yerləşən poliqonlarda, o cümlədən Estoniya Müdafiə Qüvvələrinin mərkəzi təlim poliqonunda, Nursipalu poliqonunda və ətraf ərazilərində keçiriləcək.//Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!