Ət alanlara şad xəbər -   QİYMƏT ENDİ

saytların hazırlanması

Evə çatdırılma

Ət alanlara şad xəbər - QİYMƏT ENDİ

Sosial

10 Noyabr 2025 21:29 99946


Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu isə mal ətinin qiymətinin enməsinə səbəb olub. Satıcılar ucuzlaşmanın təxminən 2 manat civarında olduğunu bildirirlər.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti enib.

İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir. Əvvəllər 20 manata satılan quzu əti isə indi 18 manata təklif olunur. Dominos pizza

Cəlilabadda da ətin qiymətində 1 manat-1 manat 50 qəpik arası enmə qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 16-16,50 manata satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar əlavə edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır.

Satıcılar bildirirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həsən
    Heçdə enməyib,heç harda.bir kərə qalxan heç bir kərə enməyib,Azərbaycan da.milləti dolamayın...
    6 months ago
  • Azad Aydın
    Ət istehsalı aşağıdır, ona görə də xaricdən ət ,yem gətirilməsi çox düz addımdır.Cox bahalıq var ölkədə.Maaş pensiya artımı bahalıqla uzlaşmır.
    6 months ago
  • Ekspert Mehemmed
    Dekabr ayinin 20 sinden etibaren dana etinin 1 kq qiymeti 30 manat , quzu etinin 1 kq qiymeti ise 35-40 manat olacaq. Avropa olkeleriyle muqasiyede ise en ucuz et Azerbaycanda oldugu ucun etin qiymetinin qalmagi tedqire layiqdir.
    6 months ago
  • Anar
    MƏN TOVUZDA YADAYİRAM ƏTİN QİYMƏTİ ENMƏYİB AXİ TAM ƏKSİNƏ BAHALASİB 18 MANATDİ
    6 months ago
  • Bakidan
    Eslinde xaricden coxlu et ve et mehsullari yoxlanilib ve Olkeye gelmelidor !!!! Dahili bazar bu sahade saticilir cox baha satirlar bu mehsullari.....xaiw minnetle hec endirim etmirler .... Amma indi Mecburdu aalmaqa qiymet .....cunki Reqabetli Mehsul gelib ve gelir.
    6 months ago
  • Əli
    Nəyi ucuzlaşıb ? Əvvəl 14 15 manata olan mal əti indi 16 manatdı. Quzu ətidəki yerində 20 manatdı eləcə
    6 months ago