Ət mağazalarında 2 mindən çox nöqsan aşkarlanıb - AQTA

saytların hazırlanması

Evə çatdırılma

Ət mağazalarında 2 mindən çox nöqsan aşkarlanıb - AQTA

Sosial

23 Oktyabr 2025 10:13 147


Bu ilin əvvəlindən oktyabrın 22-dək olan dövr ərzində Azərbaycanda 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib, 2521 nöqsan aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb. Toyuqlu pizza

Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!