Etibar Pirverdiyevin başı dərddə

saytların hazırlanması

Evə çatdırılma

Etibar Pirverdiyevin başı dərddə

Kriminal

22 May 2019 16:35 1218


"Euroclima" MMC "Azenco" ASC-ni məhkəməyə verib. 

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC xidmət müqaviləsinə görə ödənilməmiş ümumilikdə 96 810 manat pulun tutulmasını istəyib. 

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. pizza hut

Belə ki, Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 

İş materiallarından görünür ki, iddia ərizəsinə cavabdeh "Azenco"ASC tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənəd əlavə edilməyib. 

Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılıb. 

Qeyd edək ki, şirkət “AzərEnerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu, onun yaxın qohumları tərəfindən idarə olunduğu bildirilir.

Xatırladaq ki, “Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən enerji tikinti şirkətidir. 

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!