Ətin qiyməti ilə bağlı mühüm xəbər 

saytların hazırlanması

Evə çatdırılma

Ətin qiyməti ilə bağlı mühüm xəbər 

Sosial

20 Oktyabr 2025 08:37 1040


Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıdan olan fermerlərin sözlərinə görə, mal bazarının bağlanması satışıa mənfi təsir göstərib. Bu səbəbdən də bazarı bağlamaq yox, nəzarətə götürmək daha labüd qərar olardı.

Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq üçün özləri axtarışa çıxırlar. Əksər vaxtlarda da kəsimlik heyvanlar kənar rayonlardan gətirilir ki, yol xərcinin artması ətin qiymətinə də təsir edir. Dominos pizza

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər.

Ölkə üzrə heyvan kəsimi məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!