Ətin qiyməti niyə qalxdı? – Səbəblər 

saytların hazırlanması

Evə çatdırılma

Ətin qiyməti niyə qalxdı? – Səbəblər 

İqtisadiyyat

15 Yanvar 2022 08:36 2309


“5-6 il öncə ictimai çıxışlarda ətin qiymətinin qalxacağını, bunun səbəblərini söyləmişdik, o zaman ət 7-8 manat idi”.

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. O, ətin qiymətinin qalxmasının səbəblərini açıqlayıb:

1. Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı.  Marqarita pizza

2. İlin əvvəlində hökumət dizelin qiymətinin 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına strat verdi.

3. Yem qiymətləri 40-50% civarında bahalaşıb, yazıq fermer necə qiymət artırmasın.

4. Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri artır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər.

5. Toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu. 

“Bu sistemlə, belə iqtisadi və idarəetmə modeli ilə qiymətlər daim artacaq, yeni sistemə keçid baş verməsə, bunun qarşısını almaq mümkünsüz olacaq. 5 il əvvəl dediklərimiz indi olursa, indi yazdıqlarımın təsdiqini də hər il görəcəksiz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hazratgulu Ahmadov
    Bələdiyyələrin Kollektiv Dövlət dəstəkli Yemçilik və Heyvandarlıq təs.ı yaradılarsa ət kərə yaqı 50 % ucuzlasar.
    4 years ago