Etirazçılar valinin evini mühasirəyə aldılar, onlarla avtomobil yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Etirazçılar valinin evini mühasirəyə aldılar, onlarla avtomobil yandırıldı

Dünya

17 Avqust 2020 10:53 792


İraqın cənubundakı Bəsrə kəndində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında  qarşıdurma yaşanıb.

Yenisabah.az xəbər verir ki,  Bəsrə şəhərində onlarla insan bir aktivisti öldürülməsi səbəbilə Vali Esat əl-Qeydaninin evinin qarşısına toplaşıb. Etirazçılar evin arxa hissəsində bir çox  nəqliyyat vasitəsini yandırıb.

Polis isə nümayişçiləri dağıtmaq üçün qaz bombası və həqiqi güllələrdən istifadə edib.  Dominos pizza

Nəticədə hadisə zamanı  çoxlu sayda nümayişçi yaralanıb, bəziləri isə polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, valinin evinin qarşısına toplaşanlar bir müddət sonra Bəsrə Təhsil Mərkəzinin qarşısında təkər yandırmağa başlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!