Etirazlar zamanı 30 nəfər xəsarət alıb, onlarla saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Etirazlar zamanı 30 nəfər xəsarət alıb, onlarla saxlanılan var

Dünya

21 Mart 2021 20:38 875


Tailandda etirazlar zamanı azı 30 nəfər xəsarət alıb, onlarla saxlanılan var

Tailandda polislə nümayişçilər arasında baş verən toqquşmaların gedişatında onlarla insan xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli KİV bildirib. pizza mizza

Etiraz aksiyası ölkənin Baş naziri Prayut Çan-Oçi başda olmaqla hökumətin istefası və konstitusiya islahatlarının aparılması tələbi ilə Bankokda Kral sarayı qarşısında keçirilib.

Polis rezin güllələr və gözyaşardıcı qaz tətbiq edərək etirazçıları qovmağa çalışıb. Nəticədə toqquşmalar baş verib. Bu zaman azı 30 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşları da var. (Report)

Qeyd edilir ki, nümayişçilərin bir çoxu gözyaşardıcı qazın təsirindən yaxınlıqdakı mağazalara sığınıblar.

Bankokun polis rəisi Piya Taviçay jurnalistlərə bildirib ki, polisin bu hərəkətlərinə nümayişçilərin zorakılığı səbəb olub. Onun sözlərinə görə, 20 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!