Etirazlara görə “Babək” serialı çəkilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Etirazlara görə “Babək” serialı çəkilməyəcək

Dünya

10 İyul 2025 01:55 494


Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Bozdağ Yapım"ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.

"Tabii" platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlhan Şən canlandıracaqdı. pizza sifarişi

Xürrəmilər hərəkatının rəhbəri Babək, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!