ETSN-də keçirilən könüllülərin bilik yarışmasının qalibləri müəyyənləşdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

ETSN-də keçirilən könüllülərin bilik yarışmasının qalibləri müəyyənləşdi - Fotolar

Sosial

01 Fevral 2020 14:37 1727


Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif dövlət qurumlarının könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən bilik yarışması yekunlaşıb.

Nazirliyin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, 13 komandanın qatıldığı gərgin və maraqlı mübarizə şəraitində keçən yarış  “Xəmsə” formatında üç mərhələdən ibarət olub və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıb.

Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Gənclər və İdman Nazirliyinin “Gənclər” komandası birinci,  Xarici İşlər Nazirliyinin “Diplomatiya könüllüləri” ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Könüllü DOST” üçüncü, Dövlət Turizm Agentliyinin “Turizm könüllüləri” dördüncü yeri tutub, həvəsləndirici mükafata isə  Dövlət Gömrük Komitəsinin “Gömrükçü könüllülər”i layiq görülüb.   pizza hut

Qalib komandalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mükafatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!