ETSN-dən balıq tutanlara qarşı reyd - Foto

saytların hazırlanması

Evə çatdırılma

ETSN-dən balıq tutanlara qarşı reyd - Foto

Sosial

22 Oktyabr 2019 15:33 999


Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir 22 oktyabr 2019-cu il tarixində Mingəçevir su anbarında keçirilib.

Bildirilib ki, 8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib. Sezar pizza

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!