ETSN “Evdə qal” kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış etdi

saytların hazırlanması

Evə çatdırılma

ETSN “Evdə qal” kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış etdi

Sosial

27 Mart 2020 13:34 863


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) #evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib

Nazirliyin rəsmi "Facebook" səhifəsində "Tullantılara ikinci həyat ver" adlı maarifləndirici və məşğuledici ekoloji məşğələlərə başlanılır.

ETSN-nin mətbuat katibi İradə İbrahimova Yenisabah.az-a bildirib ki, bu layihə ilə biz, həm evdə qalmaqla insanlarımıza səmərəli məşğuliyyət növü təklif edirik, həm də tullantıların atılıb, ətraf mühiti çirkləndirməməsi üçün onların məişətdə və istehsalatda təkrar istifadəsinin təşviqini həyata keçiririk: Pepperoni pizza

"Plastik, şüşə, kağız və sairdən olan əşyaları istifadə etdikdən sonra onların yenidən istifadə olunma imkanlarının fərqinə varmadan tullantı kimi zibil qutusuna atırıq. Tullantılara yeni həyat verərək onları istifadəyə qaytarmaq həm büdcəyə, həm təbiətə xeyirdir. Bu məqsədlə də məşğələlərdə insanlar müxtəlif tullantılardan, xüsusilə plastik tullantılardan məişət əşyalarının, vacib ləvazimatların hazırlanması prosesini göstərən video görüntüləri izləyəcək, evdə qalaraq məişətləri üçün lazım olan yeni əşyaları hazırlamaq vərdişləri qazanacaq, vaxtlarını səmərəli keçirmə fürsəti əldə edəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!