ETX: “Telegram”da yeni dələduzluq halları müşahidə olunur

saytların hazırlanması

Evə çatdırılma

ETX: “Telegram”da yeni dələduzluq halları müşahidə olunur

Sosial

03 Sentyabr 2025 11:51 249


"Telegram" platforması üzərindən yeni dələduzluq halları müşahidə olunmaqdadır.

Yenisabah.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Platforma istifadəçilərinə "Hi, şəkilləriniz…" tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır. İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir. Toyuqlu pizza

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!