Bu gün "Eurovision-2022" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
Yenisabah.az xəbər verir ki, final mərhələsində hər iki yarımfinal mərhələsindən həlledici mərhələyə keçə bilmiş 10 iştirakçı ölkə təmsilçisi çıxış edəcək. Həmçinin 5 ölkə iştirakçısı birbaşa yarışda iştirak etmək hüququ qazanıb. Bunlar müsabiqənin təşkilatçı ölkələri Böyük Britaniya, Fransa, Almaniya və İspaniya, eləcə də yarışın ötənilki qalibi İtaliya təmsilçiləridir.
Azərbaycanı yarışda Nadir Rüstəmli "Fade to black" mahnısı ilə təmsil edir. Təmsilçimiz finalda sayca 15-ci olaraq çıxış edəcək. Sezar pizza
Telegram kanalımız